İsrail - HƏMAS danışıqlarında konsensus əldə edilib
Tarix: 8-04-2024, 09:38
Baxılıb: 2 142
Google+ Paylaş
Tumblr Paylaş

İsrail - HƏMAS danışıqlarında konsensus əldə edilib

8-04-2024, 09:38

Qahirədə keçirilən danışıqlarda Qəzza zolağında atəşkəslə bağlı irəliləyiş əldə olunub və tərəflər arasında əsas istiqamətlər üzrə konsensus var.
Mənbə yazır ki, Danışıqlarda Qəzza zolağına hakim olan Fələstinin HAMAS hərəkatı, Misir, Qətər, İsrail və ABŞ iştirak edir.
Qeyd olunur ki, Qətər və HƏMAS-ın nümayəndə heyətləri bəzi məqamları razılaşdırmaq üçün yaxın iki gün ərzində Qahirəyə qayıdacaq.
Məlumatda o da əlavə edilib ki, ABŞ və İsrail nümayəndə heyətləri yaxın saatlarda Misir paytaxtını tərk edəcək və məsləhətləşmələr növbəti 48 saat ərzində davam edəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ