İran-İsrail gərginliyi müharibəyə ÇEVRİLİR?
Tarix: 6-04-2024, 16:09
Baxılıb: 2 480
Google+ Paylaş
Tumblr Paylaş

İran-İsrail gərginliyi müharibəyə ÇEVRİLİR?

6-04-2024, 16:09

Aprelin ilk günündə İsrailin Suriyadakı İran konsulluğuna endirdiyi zərbə və nəticədə yüksək rütbəli 2 iranlı general olmaqla13 nəfərin ölümü ilə nəticələnən olay bölgədə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib. Hadisədən sonra Tehranın tutduğu mövqe və hərəkətləri onu deməyə əsas verir ki, molla rejimi İsrailə cavab zərbəsi hazırlayır. Bunun nəticəsidir ki, son günlər ABŞ və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar hərbçilərini yüksək hazırlıq vəziyyətinə gətirib.

"The New York Times" nəşrinin məlumatına görə, ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bundan əlavə, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Həmçinin, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar.

İranın iki rəsmisi də nəşrə bildirib ki, İslam Respublikasında silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.

Görünən odur ki, İsraillə İran arasında mövcud gərginlik ən riskli həddə qədər gəlib çatıb. 

Bəs, proses necə inkişaf edəcək?

AvroMedia.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, İran İsrailə cavab zərbəsi endirəcək, amma bu biraşa toqquşmaya gətirib çıxarmayacaq:

“İranın cavab zərbəsi olacaq. Onun təsiri də dünya siyasətinə, regionda gedən proseslərə mənfi təsir göstərəcək. Amma iş orasındadır ki, hər şey konkret atılacaq addımlardan asılıdır. İranın cavabının hansı xarakter daşıyacağı, hansı ölkədə və hansı obyektlərə endiriləcəyi, nə dərəcədə əhəmiyyətli olacağı, nəticədə kimlərin xəsarət alacağı, bunlar hamısı şərtdir. 

İran güman ki, İsrail ərazisinə, ən azından Livanla sərhəddəki ərazilərə zərbə endirə bilər. Hansı ki, burada “Hizbullah”ın hücumunu dəf etmək üçün xeyli sayda İsrail ordusu cəmləşib. Hətta İranın əks zərbəsi Qəzza istiqamətində də ola bilər. Yaranmış vəziyyətdə İsrail ərazisinə hücum da gözlənilir. Sadəcə olaraq, İsrailin mərkəz şəhərləri yaxşı müdafiə olunur. Bu mənada düşünmək olar ki, İranın mərkəz şəhərlərə endirəcəyi cavab zərbəsi nəticə verməyəcək. 

Yaranmış vəziyyət birbaşa müharibəyə səbəb olmayacaq. 

İranla İsrail arasındakı gərginlik növbəti dəfə ancaq proksi müharibə səviyyəsində olacaq. Birbaşa müharibənin olması İranın xeyrinə deyil. Çünki bu halda daha təsirli silah və güclər hərəkətə gələcək. İran İsrailə müharibə elan etsə, aydındır ki, ABŞ biganə qalmayacaq, prosesə bilavasitə müdaxilə edəcək. Ona görə də Tehran birbaşa müharibədə maraqlı deyil. İran yalnız dolayı addımlarla cavab zərbəsi endirməyə çalışacaq”. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ