Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Niderlandın baş naziri Mark Rütte ilə telefon danışığı baş tutub.
Tərəflər danışıq zamanı ölkələr arasındakı ikitərəfli əlaqələr, eləcə də NATO-nun yeni baş katibinin müəyyənləşdirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar.
Ərdoğan NATO-nun baş katibliyinə namizəd olan Rütteyə Türkiyənin alyansın yeni rəhbərindən gözləntilərini çatdırıb. Onun sözlərinə görə, yeni baş katib terrorizm və digər çağırışlarla mübarizədə üzvlərin təhlükəsizliyi və maraqlarına ən yaxşı şəkildə xidmət etməli, alyansın birliyini gücləndirməsi və NATO-nun əsas roluna üstünlük verərək müəyyən edilmiş təcrübələrə riayət etmək üçün üzərinə öhdəliklər götürməlidir.
“Ümid edirik, yeni baş katib NATO-nun əsas dəyərlərinə güclü bağlılıq göstərəcək”, - Ərdoğan bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, Avropa İttifaqının üzvü olmayan müttəfiqlərin maraqları da nəzərə alınmalıdır. Belə ki, Ankara bu prinsipləri nəzərə alaraq strateji mülahizələr və ədalət çərçivəsində qərar verəcək.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb