Ukrayna rəsmisi ABŞ və Almaniyanı günahlandırdı
Tarix: 23-03-2024, 10:36
Baxılıb: 2 713
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna rəsmisi ABŞ və Almaniyanı günahlandırdı

23-03-2024, 10:36

Ukraynanın NATO üzvlüyü ilə bağlı dialoqunun inkişafına 2 ölkə – Amerika Birləşmiş Ştatları və Almaniya mane olur.
AvroMedia.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanı Ukrayna baş nazirinin müavini Olqa Stefanişina 16-cı illik Kiyev Təhlükəsizlik Forumunda səsləndirib.
 
Onun sözlərinə görə, indi müttəfiqlər və Alyansın qərargahı ilə bütün dialoq sammitdə sakit davranmaq çağırışları ilə məhdudlaşır, çünki “görüşdən sonra Trampın tvitinin necə olacağını” heç kim bilmir.
Stefanişina qeyd edib ki, NATO-ya dəvət məsələsi söz deyil, hüquqi qərar tələb edir. O, nəzərə çatdırıb ki, Ukraynanın dəvət edilməsi barədə qərar təkcə sammitdə deyil, istənilən vaxt verilə bilər.
“Amma bu gün sadəcə olaraq bu dialoqu apara biləcəyimiz həmkarımız yoxdur. Bu, dəstəyin olmadığı anlamına gəlmir. Vilnüs sammiti zamanı NATO-ya üzv 29 ölkə Ukraynanın NATO-ya dəvətini dəstəkləyib. Onlardan doqquzu – bütün şərq cinahı – bütün qərarları blokladı və onları heç nə, heç bir təhdid sındıra bilmədi. Amma bu qərarın əsas əleyhdarları ABŞ və Almaniyadır ki, onlar bu dialoqun inkişafına belə imkan vermirlər. Və bu çox-çox kədərlidir”, – deyə baş nazirin müavini vurğulayıb.konkret.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ