Ermənistanda Rusiyaya uçuşlar təşkil edən şirkətin lisenziyası ləğv edilə bilər
Tarix: 19-03-2024, 23:02
Baxılıb: 2 912
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanda Rusiyaya uçuşlar təşkil edən şirkətin lisenziyası ləğv edilə bilər

19-03-2024, 23:02

“Fly Arna” aviaşirkəti təyyarə çatışmazlığı səbəbindən altı ay müddətinə lisenziyasını itirib.
Bu barədə Ermənistan parlamentində ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan bildirib.
“Hazırda “Fly Arna”nın lisenziyası dayandırılıb. Qanun və qaydalarımıza görə, əgər şirkətin təyyarəsi yoxdursa, lisenziyası altı ay müddətinə dayandırılır. Bu müddət ərzində təyyarələr təmin olunmazsa, lisenziyası ləğv ediləcək”, - Simonyan bildirib.
O əlavə edib ki, aviaşirkətin maliyyə problemləri var.
Qeyd edək ki, “Fly Arna” yanvar ayında əməliyyat dəyişiklikləri ilə əlaqədar uçuşları dayandırıb. Aviaşirkət 2021-ci ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistan İctimai Maraq Fondu tərəfindən təsis edilib. O, Rusiyaya uçuşlar həyata keçirib.
Mənbə: TASS
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ