“Azərbaycanla problemləri həll etməyə hazırıq” - Paşinyan
Tarix: 19-03-2024, 19:07
Baxılıb: 2 151
Google+ Paylaş
Tumblr Paylaş

“Azərbaycanla problemləri həll etməyə hazırıq” - Paşinyan

19-03-2024, 19:07

Ermənistan hökuməti NATO Baş katibinə Cənubi Qafqaz bölgəsində sabitliyin və sülhün bərqərar olması ilə bağlı yanaşmasını təqdim edib.

AvroMedia.az erməni mediaslna istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

Paşinyan diqqətə çatdırıb ki, Azərbaycanla problemləri ən yüksək səviyyədə razılaşdırılmış üç prinsip əsasında həll etməyə hazır olduqlarını bir daha təsdiqləyir.

“Bu, Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci ildə SSRİ-nin dağılması zamanı iki respublika arasında mövcud olan sərhədin bərpası, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədinin müəyyən edilmiş qaydada demarkasiyasını nəzərdə tutur. Alma-Ata Bəyannaməsinə uyğun olaraq, həmçinin regional infrastrukturların blokdan çıxarılması bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmətlə həyata keçirilməlidir”.

O, bildirib ki, beynəlxalq ictimaiyyətdən, o cümlədən NATO-dan Ermənistan və Azərbaycan arasında məlum prinsiplərə əsaslanan sülh prosesinə güclü dəstək gözləyirlər və Türkiyə ilə münasibətlərin normallaşdırılması gündəminə də sadiqdirlər:

“İnanırıq ki, Türkiyə ilə 2022-ci ildə əldə edilmiş və sonradan təsdiqlənmiş razılaşmaların həyata keçirilməsi Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasına müsbət təsir göstərə bilər”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ