Xalq artisti peşəkar səhnəni tərk etdiyini AÇIQLADI
Tarix: 19-03-2024, 17:03
Baxılıb: 2 441
Google+ Paylaş
Tumblr Paylaş

Xalq artisti peşəkar səhnəni tərk etdiyini AÇIQLADI

19-03-2024, 17:03

Rusiyanın Xalq artisti Valeri Leontyev peşəkar səhnəni tərk edir.
AvroMedia.az xarici mediaya istinadəən bildirir ki, bu barədə onun direktoru Boris Çigirev xəbər verib.
 
Direktorun sözlərinə görə, ifaçının vida çıxışı planlaşdırılmır, çünki 70 illik yubileyində həmin konsert olub: “Yaş artıq elədir ki, gənclərə yer vermə vaxtıdır”.
Qeyd edək ki, bu gün Leontyevin 75 yaşı tamam olur. Sənətçinin son yubiley şousu “Mən qayıdacağam…” adlanırdı.
Populyarlıq Valeri Leontyevə 1980-ci illərdə, öz proqramları ilə çıxış etməyə, xüsusilə də bəstəkar Raymond Pauls ilə əməkdaşlığa başlayandan sonra gəlib. Musiqi karyerası ərzində müğənni 30-dan çox albom buraxıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ