İranda etirazları çəkən fotojurnalist işdən qovulub
Tarix: 14-03-2024, 13:12
Baxılıb: 3 087
Google+ Paylaş
Tumblr Paylaş

İranda etirazları çəkən fotojurnalist işdən qovulub

14-03-2024, 13:12

İranın İRNA dövlət xəbər agentliyinin fotoqrafı Həna Xələc sosial şəbəkə hesabında iş yerindən qovulduğunu açıqlayıb. 

Buna səbəb isə etiraz aksiyalarının şəkillərini paylaşması olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
“Nəhayət, bir neçə həftəlik fəaliyyətimin dayandırılmasından sonra bu gün işdən qovulduğum haqqında məktub İRNA-nın Xəbər Fotoları Xidmətinə daxil olub”, - deyə xanım fotoqraf “Instagram” hesabında yazıb.
Qeyd edək ki, o, fevralın 10-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşa Qəzvin əyalətinin Roştqun kəndində yerli sakinlərin etiraz aksiyalarından görüntülər çəkib. Kəndlilər dövlət tərəfindən əkin sahələrinin qanunsuz mənimsənilməsinə etirazlarını bildiriblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ