Bayden sərhədləri aşdı: ABŞ səfiri nazirliyə çağırıldı
Tarix: 13-03-2024, 10:28
Baxılıb: 2 633
Google+ Paylaş
Tumblr Paylaş

Bayden sərhədləri aşdı: ABŞ səfiri nazirliyə çağırıldı

13-03-2024, 10:28

ABŞ prezidenti Co Baydenin Macarıstan lideri Orbanı “diktator” adlandırmasından sonra ABŞ səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bunu Macarıstanın Xarici işlər naziri Peter Szijjarto bildirib
"Baydenin Macarıstanın baş naziri Viktor Orbanın diktaturaya meyil etməsi ilə bağlı açıqlamalarından sonra ABŞ-ın Macarıstandakı səfiri David Pressman Xarici İşlər Nazirliyinə çağırılıb", - məlumatda deyilir.
Bu açıqlamalardan sonra ABŞ-Macarıstan münasibətlərində gərginlik artıb. Szijjarto Baydenin açıqlamasını yalan və çox ciddi təhqir kimi qiymətləndirib: "Prezidentin və demokratik administrasiyanın bu düşüncə tərzi ikitərəfli əlaqələrimiz üzərində ağır bir yük yaradır".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ