Paşinyanın yalanı 4 il sonra üzə çıxdı
Tarix: 12-03-2024, 12:52
Baxılıb: 2 529
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın yalanı 4 il sonra üzə çıxdı

12-03-2024, 12:52

Sentyabr əməliyyatlarından sonra Ermənistan hökuməti Qarabağdan gətirilən 300-dən çox avtomobili xalqdan müsadirə edib.

Bunu erməni hüquqşünas Roman Yeritsyan deyib.
O bildirib ki, separatçılara məxsus texnikalar Ermənistan ordusuna verilib:
“Bütün avtomobilləri və texnikaları müsadirə etdilər. İnsanların əlindən zorla aldılar. Daha sonra onları Ermənistan ordusu, Milli Təhlükəsizlik xidməti, Müdafiə Nazirliyi və hökumətin ixtiyarına verdilər. Təxminən 150-yə yaxın yeni dövlət nömrə nişanlı avtomobillər özəlləşdirilib. Bir neçə vətəndaş hərbi polisin onların şəxsi mülkü olan avtomobilləri zorla ələ keçirməsinə görə məhkəməyə müraciət edib. Lakin rəsmi qurumlar bizə deyirlər ki, həmin avtomobil və texnikalar Ermənistan hökumətinə məxsusdur, “arsax”a bütün bunları İrəvan verib, indi də ehtiyac qalmadığı müçün geri alır. Biz də həmin şəxslərə Nikol Paşinyanın sözlərini xatırlatdıq. Bildirdik ki, Nikol Paşinyan 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanın Qarabağda heç bir avtomobil və texsnikasının qalmadığını açıqlamışdı. Bəs indi necə olur ki, hökumət bizim maşınların özünə məxsus olduğunu deyir?!”
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ