Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və İran xarici işlər naziri Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub.
Görüş zamanı nazirlər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan səfirliyə hücum edən terrorçunun ən sərt şəkildə cəzalandırılmayacağı təqdirdə səfirliyin fəaliyyətini bərpa etməyəcəyini açıqlamışdı.
Səfirliyimizə hücum edən terrorçu barəsində birinci instansiya məhkəməsində ölüm cəzası çıxarılıb.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz diplomatlarının tezliklə İrana qayıdacağı istiqamətində işlər görəcəyinə razılıq verib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur