Pakistanda seçki məntəqəsində atışma olub
Tarix: 8-02-2024, 10:54
Baxılıb: 4 011
Google+ Paylaş
Tumblr Paylaş

Pakistanda seçki məntəqəsində atışma olub

8-02-2024, 10:54

Pakistanda seçki məntəqəsinin əməkdaşlarına atəş açılıb, nəticədə bir polis ölüb.

Məlumata görə, hadisə Hayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verib. Orada səsvermə dayandırılıb.
Bundan əvvəl Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib. Bu qərar ölkədə son vaxtlar artan terror fəaliyyəti fonunda təhlükəsizlik məqsədilə qəbul edilib.
Pakistanda Milli Məclisə və əyalət qanunvericilik orqanlarına seçkilər saat 08:00-da (Bakı vaxtı ilə 07:00) başlayıb və 17:00-a (Bakı vaxtı ilə 16:00) qədər davam edəcək. Qarşıdan gələn seçki kontekstində ən perspektivli siyasi birliklər Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) və Pakistan Xalq Partiyasıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ