İranın rəsmi və qeyri-rəsmi mediası bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə materiallar dərc edirlər.
Materiallarda “Fars”, “Tasnim”, “Mehr” və başqa məşhur media orqanlarının seçkilərlə bağlı tərəfsiz mövqedən çıxış edib, yalnız rəsmi statistik məlumatları paylaşmaları diqqət çəkib.
İran KİV İlham Əliyevin reytinq və nüfuzunun namizədliyini irəli sürən 6 rəqibindən fantastik dərəcədə çox olduğunu etiraf edib.
“Bakının Qarabağ bölgəsinə nəzarəti bərpa etməsindən sonra İlham Əliyevin populyarlığı pik həddə çatıb”, - Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Fars” xəbər agentliyi qeyd edib.
Bununla yanaşı, işğaldan azad edilmiş bölgələrdə ilk dəfə olaraq seçki məntəqələrinin yaradılması xüsusi vurğulanıb.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb