Türkiyədə İstanbul şəhər məhkəməsinin binasında törədilən terror aktı ilə bağlı 34 nəfər saxlanılıb.
Bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Qeyd olunub ki, təhlükəsizlik məntəqəsində polislərlə qarşıdurma nəticəsində iki terrorçu öldürülərək zərərsiz hala gətirilib. Münaqişə zamanı dörd vətəndaş yaralanıb, onlardan biri xəstəxanada dünyasını dəyişib. Üç polis əməkdaşı yaralanıb.
“Xəsarət alanların vəziyyətləri yaxşıdır. Xəsarət alan polis əməkdaşlarımıza və vətəndaşlarımıza tezliklə şəfa diləyirik. Mərhum vətəndaşımıza Allahdan rəhmət diləyirəm”, - deyə ədliyyə naziri bildirib

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası