Parisdə (Fransa) dəmiryol vağzalında silahlı hücumun bəzi təfərrüatı məlum olub.
Polisin verdiyi məlumata görə, saat 07:45-də (Bakı vaxtı ilə 10:45 - red.) Lion stansiyasında sərnişinlərə hücum edən şəxs Malidən olan evsiz afrikalıdır. O, bıçaq və çəkiclə silahlı olub. Hücumçu üç nəfəri yaralayıb. Xəsarət alanlardan birinin vəziyyəti ağır olsa da həyatının təhlükədə olmadığı deyilir.
Ruhi xəstəlik əlamətləri olan 32 yaşlı kişi stansiyanın mühafizəçiləri tərəfindən ram edilib və polisə təhvil verilib. Onun üzərində tapılan yeganə sənəd İtaliyada verilmiş sürücülük vəsiqəsi olub.
Cinayətin motivləri hələlik məlum deyil, terror aktı versiyası hazırda nəzərdən keçirilmir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb