Fransada fermer etirazlarının iştirakçıları hökumətin onları qane edəcək qərarı verməyəcəyi təqdirdə, cümə günü Parisə gedən yolları bağlamağı planlaşdırırlar.
Bu barədə İl-de-Frans regionunun həmkarlar ittifaqının bəyanatında bildirilir.
Xüsusilə, həmkarlar ittifaqları FDSEA və “Jeunes agriculteurs d’Ile-de-France” (“İl-de-Fransın gənc fermerləri”) bütün üzvlərini paytaxt ətrafındakı əsas magistral yollarda toplaşmağa çağırıblar. A1, A15, A13, A10, A11 və A6 yolları yerli vaxtla saat 14:00-dan gecə yarısına qədər (Bakı vaxtı ilə 17:00-03:00 - red.) bağlana bilər. Nümayişlərin dəqiq harada keçiriləcəyi hələlik məlum deyil.
Qeyd edək ki, sənaye nümayəndələrinin inflyasiya və Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirlərin azalmasından narazılıqları fonunda Fransada kütləvi fermer nümayişləri keçirilir. Etiraz əlaməti olaraq fermerlər traktorlardan istifadə edərək yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu