Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi qarşıdan gələn danışıqlarda Qəzzada atəşkəs və girovların azad edilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər.
Bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Qəzzadakı vəziyyət, bununla bağlı atıla biləcək addımlar danışıqların əsas gündəmi olacaq. Liderlər atəşkəsə nail olmaq və girovları azad etmək üçün addımları müzakirə edəcəklər. Regionda humanitar yardım səyləri də müzakirə olunacaq”, - mənbə bildirib.
Qeyd edək ki, İran Prezidentinin Türkiyəyə iki dəfə təxirə salınmış səfəri yanvarın 24-də baş tutacaq.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb