Bu ölkədə zəlzələ oldu- YARALILAR VAR
Tarix: 23-01-2024, 08:14
Baxılıb: 2 892
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədə zəlzələ oldu- YARALILAR VAR

23-01-2024, 08:14

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Almatı Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, onlardan üçü binaların ikinci və üçüncü mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb.
"Yanvarın 23-də saat 03:00-a (Bakı vaxtı ilə saat 00:00) Almatıda baş vermiş zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. Onların hamısı dərhal şəhər xəstəxanalarına çatdırılıb. Üç nəfər isə yaşayış binalarının 2-ci və 3-cü mərtəbələrindən tullanarkən xəsarət alıblar”, - mətbuat xidmətinin məlumatında bildirilir.
Yaralı 3 nəfərdən ikisi müayinədən sonra ambulator müalicəyə göndərilib. İdarədən bildirilib ki, üçüncü xəstənin vəziyyəti ağır qiymətləndirilir, o, xəstəxanaya yerləşdirilib. Məlumata görə, daha 5 nəfər evdən qaçarkən xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə də göndərilib.
Qazaxıstanlı seysmoloqların məlumatına görə, Almatıda yeraltı təkanların gücü 5 maqnitudaya yaxın olub. Bir çox şəhər sakinləri daha sonra təkrar yeraltı təkanlardan qorxaraq evlərini tərk ediblər
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ