İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutacaq.
Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl SEPAH Pakistanda yerləşən “Ceyş ül-Ədl” qruplaşmasına zərbələr endirib. Yanvarın 18-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.
C. A.Cilani daha əvvəl Pakistanın İranla əməkdaşlığa hazır olduğunu bildirib. Pakistanın Milli Təhlükəsizlik Komitəsi isə İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi