Pakistandan İrana kəskin etiraz
Tarix: 17-01-2024, 08:00
Baxılıb: 2 983
Google+ Paylaş
Tumblr Paylaş

Pakistandan İrana kəskin etiraz

17-01-2024, 08:00

Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib.

Bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib.
“Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – bəyanatda bildirilib.
Qeyd edək ki, SEPAH Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirdiyini açıqlayıb.
Hücum nəticəsində iki azyaşlı həlak olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ