ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ayova ştatında seçicilər qarşısında çıxış edərkən ABŞ-nin cənub sərhədindəki “xaos”a qarşı çıxıb.
“Sərhəddə xaos var. Sərhəd fəlakətdir. Düşünürəm ki, bu, dünya tarixindəki ən pis sərhəddir. Bizin sərhədimiz əvvəl çox yaxşı idi. Amma indi ondan heç nə qalmayıb”, - deyə siyasətçi gileylənib.
O, hazırkı Prezident Co Baydenin siyasətinə qəti şəkildə qarşı çıxaraq, ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyini vəd edib. Bildirib ki, ABŞ-nin başqa seçimi yoxdur.
“Ölkəmiz tarixində ən böyük deportasiya ilə üz-üzəyik. Hər kəsi gəldiyi yerə qaytaracağıq. Başqa seçimimiz yoxdur”, - deyə Tramp əlavə edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi