ABŞ prezident seçkilərinə qədər milyonlarla amerikalı internetsiz qala bilər.
Bu, "Mövcud Rabitə Proqramı" mərhələli şəkildə ləğv olunarsa baş verəcək. Bu barədə “Politico” yazıb.
Qeyd olunub ki, proqramı davam etdirmək üçün kifayət qədər vəsait tapılmazsa, proqram dayandırıla bilər. İndi o, təxminən 22 milyon aşağı gəlirli amerikalının internet xərclərini əhatə edir. Proqram 2020-ci ildə istifadəyə verilib.
"Politico"nun yazdığına görə, proqramın dayandırılması çoxlu sayda aztəminatlı vətəndaşı hazırkı hakimiyyətdən uzaqlaşdıra bilər, onlar dəstəyi itirəcək və seçkilərdə öz narazılıqlarını ifadə edə bilərlər.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Demokrat Co Bayden və Respublikaçı Donald Trampın növbəti dəfə ölkədə əsas post uğrunda mübarizə aparacağı gözlənilir

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu