Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yenilənmiş məlumata görə, 113 nəfər Qansu əyalətində, 31 nəfər isə Çinxay əyalətində həlak olub.
Bundan əlavə üç nəfər hələ də itkin düşmüş sayılır.
Xatırladaq ki, dekabrın 19-da Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində Qansuda 207 mindən çox ev dağılıb, 15 minə yaxın binaya ziyan dəyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi