İran Pakistana xəbərdarlıq etdi
Tarix: 20-12-2023, 18:28
Baxılıb: 1 826
Google+ Paylaş
Tumblr Paylaş

İran Pakistana xəbərdarlıq etdi

20-12-2023, 18:28

İranın Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radan İranla Pakistan sərhəddində yerləşən Rask şəhəri və ətraf bölgəsindən görüş keçirib.

Bu barədə İran mediası məlumat yayıb.
O, dekabrın 15-də Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə hücuma görə səbəbkarların sərt cəzalandırılacağını deyib.
“Təhlükəsizlik qüvvələri ilə birgə vətəni satanlardan ağır qisas alacağıq”, - Radan təhdid edib.
Polis qüvvələrinin baş komandanı çıxışı zamanı Pakistan hökumətinə çağırış edərək, sərhədlərinə nəzarəti gücləndirməyi istəyib.
“Pakistandan quldurlara qarşı daha məsuliyyətli davranmasını gözləyirik. Lazım olduğu qədər terrorçuları təqib etmək hüququnu özümüzdə saxlayırıq”.
Qeyd edək ki, dekabrın 15-də bəlucların silahlı təşkilatı "Ceyş ül-Ədl"in Rask şəhərindəki polis məntəqəsinə hücumu nəticəsində 14 polis öldürülüb, bir neçəsi yaralanıb.
Silahlı təşkilatın isə iki üzvü öldürülüb, biri yaralı vəziyyətdə ələ keçirilib, biri qaçıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ