Hökumətin məhbusların müqabilində Azərbaycana nəsə vəd etməsi ilə bağlı yayılan şayiələr doğru deyil.
Bu sözləri hakim “Mülki müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan deyib.
“Əsirlərin mübadiləsi əslində beynəlxalq tərəfdaşlarımızın məcburiyyətinin nəticəsidir. Ona görə də hökumətin Azərbaycana nəsə vəd etmiş ola biləcəyindən narahat olmağa dəyməz”, - deyə o bildirib.
Ağazaryan qeyd edib ki, Azərbaycan rəhbərliyi son vaxtlar danışıqların ikitərəfli formatına hazır olduğunu göstərir.
Qeyd edək ki, 7 dekabrda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaya uyğun olaraq, Azərbaycan ötən gün sərhəddə 32 erməni əsiri qarşı tərəfə təhvil verib, əvəzində isə 2 əsiri geri qalıb. Erməni müxalifəti Azərbaycanın bu humanist və etimad yaradan addımını anlamaq əvəzinə bunun müqabilində Paşinyanın hansısa güzəştə getdiyini iddia edirlər

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb