Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ankaraya gedərək Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məsələlərini müzakirə etməsi Brüsselin Türkiyənin bölgədə oynadığı rola verdiyi dəyərdən irəli gəlir.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Moskvadan sonra Brüssel də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qəbul edib və buna mane olacaq gücdə deyil. ABŞ-ın Ankara ilə münasibətlərində sualların sayı azalmasa da, Vaşinqton da Türkiyənin Cənubi Qafqazda mühüm oyunçu statusu ilə razılaşıb. Dövlət katibi Entoni Blinkenin Bakıya zəng etməsi səbəblərindən biri də Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin gücünü hər keçən gün artırmasıdır”.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur