Ukrayna Prezidenti Vladimir Zelenski iki fərmanla Rusiyadan olan 147 fiziki və 303 hüquqi şəxsə sanksiya tətbiq edib.
Bu barədə Ukrayna hökumətinin məlumatında deyilir.
Sanksiyalar siyahısına Rusiyanın “Mərkəz” qoşunlar qrupunun komandanı, general-leytenant Andrey Mordviçev, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy, habelə TASS-ın baş direktoru Andrey Kondraşov, həmçinin Donetsk və Luqansk “respublika”larının “ombudsman”ları Daria Morozova və Viktoriya Serdyukova və başqaları daxildir.
Bundan əlavə, Zelenski Rusiya, Kipr, Çin və digər ölkələrdə qeydiyyatdan keçmiş aviasiya, tikinti və texnologiya sahələrində ixtisaslaşmış rus şirkətlərinə sanksiya tətbiq edib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur