Seçki qərargahında gülünc vəziyyət yaranıb
Tarix: 21-11-2023, 08:25
Baxılıb: 2 331
Google+ Paylaş
Tumblr Paylaş

Seçki qərargahında gülünc vəziyyət yaranıb

21-11-2023, 08:25

Ağ Ev rəhbəri Co Baydenin ahıl yerişi bu gün ABŞ liderinin seçki qərargahını narahat edən ən ciddi məsələyə çevrilib.

Bu barədə “Politico” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, ABŞ prezidentinin yaşı demokratları çox narahat edir (yeri gəlmişkən, bu gün Baydenin 81 yaşı tamam olur). Onlar Baydenin seçki qərargahından Ağ Ev rəhbərinin populyarlığına təsirini neytrallaşdıracaq strategiya hazırlamağı tələb edirlər.
Məqalədə vurğulanır ki, Baydenin yerişi ilə yanaşı onun tez-tez yıxılması da demokratların narazılığına səbəb olub. Bu səbəbdən 81 yaşlı prezidentin ətrafındakılar ona rəsmi ayaqqabılarını daha rahat ayaqqabılarla dəyişməyi, həmçinin kameraya çəkilən zaman yalnız qısa məsafələri gəzməyi təklif edirlər
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ