Türkiyə gəmisi Qara dənizdə batdı
Tarix: 20-11-2023, 10:45
Baxılıb: 1 481
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə gəmisi Qara dənizdə batdı

20-11-2023, 10:45

Türkiyənin "Kafkametler" yük gəmisi Zonquldak vilayəti sahillərində Ereğli limanı yaxınlığında batıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“Əlverişsiz hava şəraiti səbəbindən İzmirə gedən Türkiyə "Kafkametler" dalğalara çırpılaraq batıb. Türkiyə vətəndaşı olan 12 ekipaj üzvü ilə hələlik əlaqə yoxdur. Sahil Mühafizəsi, Hərbi Dəniz Qüvvələri, Fövqəladə Hallar İdarəsi və digər qurumlar gözləmə rejimindədir. Hava şəraiti yaxşılaşan kimi axtarış-xilasetmə işlərinə başlanılacaq”, - nazir bildirib.
Qeyd edək ki, dünən Kamerun bayrağı altında üzən “Pallada” quru yük gəmisi Türkiyə Ereğli limanı yaxınlığında saya oturub və güclü tufan səbəbindən hissələrə bölünmüşdü.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ