Başqasının əvəzinə həbs edilmiş şəxs milyonçu oldu
Tarix: 8-11-2023, 11:49
Baxılıb: 185
Google+ Paylaş
Tumblr Paylaş

Başqasının əvəzinə həbs edilmiş şəxs milyonçu oldu

8-11-2023, 11:49

ABŞ-da haqsız yerə məhkum edilmiş bir adam böyük pul kompensasiyası qazanaraq milyonçu oldu.


Avromedia.az xəbər verir ki, bu barədə WPVI-TV məlumat yayıb.


1988-ci ilin iyulunda naməlum şəxs Filadelfiyada dörd yaşlı Barbara Jan Hornu öldürdü. Müstəntiqlər əsas şübhəli kimi Valter Oqrodu göstəriblər.


O, məhkəmədən əvvəl günahını etiraf edib, lakin sonra polisin təzyiqi altında ifadə verdiyini deyib. Kişinin ilk məhkumluğu ləğv edilib, lakin 1996-cı ilin oktyabrında keçirilən ikinci məhkəmə prosesində o, ölüm hökmünə məhkum edildi.


Daha sonra WPVI-TV-nin jurnalist araşdırması göstərdi ki, cinayət yerində tapılan DNT nümunələri heç bir şəkildə Oqroda deyil, başqa bir şəxsə aiddir. 2020-ci ildə amerikalı tamamilə bəraət aldı və sərbəst buraxıldı. İndi başqasının cinayətinə görə 28 il cəza çəkmiş bir adam Filadelfiya səlahiyyətlilərindən 9,1 milyon dollar məbləğində təzminat almaq hüququ əldə edib.


Qızın anası Oqrodun günahsız olduğuna həmişə əmin olduğunu bildirib.


“Mən tam əminəm ki, o, ədalətsiz şəkildə məhkum edilib. Ümid edirik ki, Barbara Cini əlimizdən alan kişi öz cinayətinin əvəzini verəcək”, - deyə qadın bildirib.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ