ABŞ Qəzza zolağında PUA-ları havaya qaldırdı
Tarix: 3-11-2023, 09:26
Baxılıb: 425
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Qəzza zolağında PUA-ları havaya qaldırdı

3-11-2023, 09:26

ABŞ-ın kəşfiyyat pilotsuz təyyarələri oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənləri axtarmaq üçün Qəzza zolağı üzərində uçuşlar həyata keçirir .

Bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrdən birinin aydınlaşdırdığı kimi, ABŞ bir həftədir ki, pilotsuz təyyarələrdən istifadə edir. Vaşinqton hesab edir ki, Qəzza zolağında itkin düşən 200-dən çox girov arasında on amerikalı da ola bilər. Amerika tərəfi hesab edir ki, HƏMAS onları geniş tunellər şəbəkəsində saxlayır.

Bundan əvvəl HƏMAS-ın əlində olan iki ABŞ vətəndaşı, bir ana və qızı Qəzza zolağının İsraillə sərhədinə aparılıb. Azad edilən qadınlar hərbi bazaya aparılaraq ailələrinə qovuşublar.

Oktyabrın 23-də HƏMAS-ın Qəzza zolağından daha iki girovu azad etdiyi məlum olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ