ABŞ müsəlmanlarından Baydenə xəbərdarlıq: 2024-cü ildə...
Tarix: 2-11-2023, 11:02
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ müsəlmanlarından Baydenə xəbərdarlıq: 2024-cü ildə...

2-11-2023, 11:02

ABŞ-ın İsrailə dəstək verməsi ölkədəki müsəlmanların narazılığına səbəb olub. Müsəlman amerikalılar və bəzi Demokratik Partiya üzvləri Baydeni Qəzzada atəşkəs üçün addımlar atmağa çağırıblar.

Avromedia.az xəbər verir ki, Bayden administrasiyasının İsrailin Qəzzada törətdiyi qırğına susması ABŞ-dakı müsəlmanları qəzəbləndirib. Onlar yüz minlərlə müsəlman seçicinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydeni dəstəkləməyəcəyi barədə xəbərdarlıq edib.

Milli Müsəlman Demokratik Şurası Baydenə məktub göndərib.

“Administrasiyanızın maliyyə və silahlanma da daxil olmaqla dəstəyi, mülki insanların tələfatına səbəb olan zorakılığın davam etməsində mühüm rol oynayıb. Əvvəllər sizə güvənən seçicilərin etibarını sarsıtıb”,- deyə məktubda bildirilib.

Qeyd edək ki, ABŞ-da 3,5 milyon müsəlmanın 20 faizinin seçici olduğu təxmin edilir. Bu da 700 min səs deməkdir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ