Mahaçqala hava limanı bu tarixdə açılacaq
Tarix: 30-10-2023, 10:11
Baxılıb: 1 487
Google+ Paylaş
Tumblr Paylaş

Mahaçqala hava limanı bu tarixdə açılacaq

30-10-2023, 10:11

Federal Hava Nəqliyyatı Agentliyi Mahaçqala hava limanının oktyabrın 31-də yenidən açılacağını bildirib.

Bu barədə idarənin Telegram kanalında məlumat verilib.

Bildirilib ki, Mahaçqala hava limanında vəziyyətin sabitləşməsi ilə əlaqədar hava limanının qəbul üçün müvəqqəti bağlanması müddəti 31 oktyabr 2023-cü il Moskva vaxtı ilə saat 02.59-a qədər şərti olaraq davam edəcək.

Aeroportun açılışı yalnız aerovağzal, aerodrom və ətraf ərazinin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli yoxlanılmasından sonra baş verəcək.

Daha əvvəl bildirilib ki, Mahaçqala hava limanı 2023-cü il noyabrın 6-dək bir həftə müddətinə təyyarələri qəbul etmək üçün bağlı olacaq .

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ