Azərbaycan ərazisindən geri çəkiləcəyik- Parlament sədri açıqladı
Tarix: 28-10-2023, 08:00
Baxılıb: 2 056
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan ərazisindən geri çəkiləcəyik- Parlament sədri açıqladı

28-10-2023, 08:00

Azərbaycan tərəfinin sözlərinə görə, biz də onların ərazilərindəyik.

Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan mediaya açıqlamasında deyib.

“Əgər müstəqillik əldə etdiyimiz zaman mövcud olan xəritələrə görə bizim Azərbaycanın ərazisi olan yerlərdə olduğumuz ortaya çıxarsa, biz də oranı tərk etməli olacağıq. Bu tamamilə doğrudur. Siz bu ərazi ilə müstəqil oldunuz və başqasının ərazisi ilə bağlı iddialarınız ola bilməz”, - Simonyan bildirib.

Qeyd edək ki, Simonyanın bu sözləri Ermənistanın nəyə nail olmaq istədiyini açıq şəkildə ortaya qoyur. Burada xüsusi olaraq “müstəqillik əldə etdiyimiz zaman mövcud xəritələr” sözündən istifadə edilib. Halbuki müstəqilliyə qədər də - Sovet illərində Ermənistanın otlaq, əkin və s. adlarla “icarəyə” götürdüyü Azərbaycan əraziləri var və bu ərazilər geri qaytarılmalıdır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ