Tramp dilinin bəlasına düşdü: 10 min dollar getdi
Tarix: 26-10-2023, 13:59
Baxılıb: 2 089
Google+ Paylaş
Tumblr Paylaş

Tramp dilinin bəlasına düşdü: 10 min dollar getdi

26-10-2023, 13:59

Trampa məhkəmə rəsmisinə qarşı işlətdiyi nalayiq ifadəyə görə 10 min dollar cərimə kəsilib.

Avromedia.az xəbər verir ki, çərşənbə günü fırıldaqçılıq üzrə məhkəmə prosesində fasilə zamanı keçmiş ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində katibi qərəzlilikdə ittiham edib, məlumatı açıqlamamaq haqqında şərtləri pozub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hakim bu hərəkətinə görə sabiq Amerika prezidentinə 10 min dollar məbləğində cərimə kəsib.

Trampın müdafiəçisi qeyd olunan ifadənin eks-prezidentə deyil, onun vəkilinə aid olduğunu bildirsə də, hakim fikrindən dönməyib. O, Trampa, "Bu hal bir də təkrarlansa, daha pis olacaq" deyib.

Məlumat üçün bildirək ki, Tramp artıq ikinci dəfə məlumatı açıqlamamaq haqqında müqaviləni kobud şəkildə pozur. Keçən həftə o, seçki kampaniyasının saytından məhkəmə işçisi haqqında aşağılayıcı yazını silmədiyinə görə 5000 dollar cərimələnib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ