Ərdoğan yeni əməliyyatların anonsunu verdi
Tarix: 25-10-2023, 14:27
Baxılıb: 1 311
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan yeni əməliyyatların anonsunu verdi

25-10-2023, 14:27

Terrorçuları qoruyanların bir gün həqiqəti anlayacaqlarına inanırıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək:

“Sərhədlərimiz boyunca davam edən terror dəhlizlərini yeni əməliyyatlarla məhv etməyə davam edəcəyik”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə Ordusu Suriya və İraqdakı vəzifəsini layiqincə yerinə yetirir:

“Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı fəaliyyət müddətlərinin daha 2 il uzadılmasına səs verən bütün deputatlara təşəkkür edirəm”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ