Mirzoyan Bakıya gələcək? - Abdullahiandan ŞOK AÇIQLAMA
Tarix: 24-10-2023, 14:45
Baxılıb: 1 482
Google+ Paylaş
Tumblr Paylaş

Mirzoyan Bakıya gələcək? - Abdullahiandan ŞOK AÇIQLAMA

24-10-2023, 14:45

Ümid edirəm ki, xarici işlər nazirlərinin 3+3 formatında növbəti görüşləri Bakıda və İrəvanda keçiriləcək.

Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Tehranda keçirilən görüşdə Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi müzakirə olunub və danışıqlarımız görüşün və bəyanatın mətni üzərində cəmlənib. Ümid edirəm ki, Türkiyədə keçiriləcək növbəti görüşdən sonra bu görüşlər Bakıda və İrəvanda davam etdiriləcək”, - Abdullahian bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu görüşdə iştirakı iki ölkə arasında sülh və dostluğa doğru bir hərəkətə dəlalət edir:

“Ümid edirik ki, ən qısa zamanda Bakı və İrəvan arasında sülh sazişinin şahidi olacağıq”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ