"Google" İsrail və Qəzza zolağında canlı yol hərəkəti məlumatlarını deaktiv etdi
Tarix: 24-10-2023, 11:25
Baxılıb: 2 088
Google+ Paylaş
Tumblr Paylaş

"Google" İsrail və Qəzza zolağında canlı yol hərəkəti məlumatlarını deaktiv etdi

24-10-2023, 11:25

"Google Map" və "Waze" öz tətbiqlərində İsrail və Qəzza zolağında canlı yol hərəkəti məlumatlarını deaktiv edib.

Avromedia.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Google" bu məlumatları İsrail Ordusunun sorğusu əsasında söndürüb.

"Bundan əvvəl də münaqişə vəziyyətlərində və bölgədə dəyişən vəziyyətə cavab olaraq, təhlükəsizlik məqsədilə canlı yol hərəkəti məlumatlarını müvəqqəti olaraq deaktiv etmişik", - məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ