İranda əxlaq polisinin döydüyü yeniyetmə qız öldü
Tarix: 23-10-2023, 13:41
Baxılıb: 1 516
Google+ Paylaş
Tumblr Paylaş

İranda əxlaq polisinin döydüyü yeniyetmə qız öldü

23-10-2023, 13:41

İranda hicab taxmadığı üçün ölkənin əxlaq polisi tərəfindən hücuma məruz qaldıqdan sonra komaya düşən yeniyetmə qızın “beyin ölümü” gerçəkləşib.

Bu barədə İranın dövlət mediası məlumat yayıb. İranlı fəalların məlumatına görə,16 yaşlı Armita Geravand bu ayın əvvəlində Tehran metrosunda baş vermiş hücumdan sonra başından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bu hücum ölkənin onsuz da sərt olan hicab qanunlarını pozan qadınlara qarşı daha sərt cəzalar tətbiq edən qanunun qəbul edilməsindən sonra baş verib.

"Armita Geravandın son sağlamlıq vəziyyəti ilə bağlı aparılan təqiblər göstərir ki, tibb işçilərinin səylərinə baxmayaraq, onun beyin ölümü gerçəkləşib",- deyə dövlətə bağlı "Tasnim" xəbər agentliyi yaydığı məlumatda qeyd edib.

Oktyabrın əvvəlində Norveçdə yerləşən Hengaw İnsan Haqları Təşkilatı Geravandın əxlaq polisi tərəfindən “hücum” edildiyini və komaya düşdüyünü bildirmişdi.

İran rəsmiləri iddiaları rədd edərək, Geravandın aşağı qan təzyiqi nəticəsində aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirildiyini açıqlayıblar.

Geravandın dostları və ailəsi dövlət mediasına müsahibələrində bu təkzibləri təkrarlayıblar. Lakin onların bunu etməyə məcbur edilib-edilmədikləri bəlli deyil. BMT rəsmiləri və hüquq qrupları daha əvvəl İran hakimiyyətini öldürülən nümayişçilərin ailələrinə hökumətin təkziblərini dəstəkləyən bəyanatlar vermələri üçün təzyiq göstərməkdə ittiham etmişdilər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ