"M1A1 Abrams" tankları Ukrayna ordusuna əlavə problemlər yarada bilər.
Bunu London Kral Kollecinin Hərbi Tədqiqatlar Departamentinin tədqiqatçısı Marina Miron deyib.
Miron Ukraynaya təhvil verilən tankların açıq hədəfə çevrildiyini bildirib:
"Bu, Ukraynada əhəmiyyətli dəyişikliklər etmək üçün kifayət deyil. Bütün bunlar təkcə təchizat zəncirində problemlər yaratmır, həm də onları Rusiya artilleriyası və pilotsuz təyyarələri üçün cəlbedici hədəflərə çevirir. Düşünmürəm ki, bu, oyunun qaydalarını tam dəyişəcək. Bu, Ukraynanın gücü üçün faydadan daha çox problem yaradır”.
Qeyd edək ki, bu həftə Ukrayna ABŞ istehsalı olan "M1A1 Abrams" tanklarının qalan hissəsini təhvil alıb. Tankların ilk partiyası sentyabr ayında çatdırılıb.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı