İsraildəki fövqəladə hökumət çox güman ki, Fələstinlə münaqişə başa çatdıqdan sonra buraxılacaq.
Bu barədə “Vestnik Kavkaza”nın məqaləsində deyilir.
“Netanyahunun hazırkı kabinetinin səlahiyyəti HƏMAS-ın İsrailə hücumu ilə əhəmiyyətli dərəcədə zəiflədiyi üçün çox güman ki, 1974-cü il ssenarisi təkrarlanacaq. Həmin ssenaridə “Qiyamət günü” müharibəsi nəticəsində Baş nazir Qolda Meir Misir və Suriyanın İsrailə hücumunun qarşısını ala bilmədiyi üçün güclü tənqidlərə tuş gələrək istefaya getməyə məcbur olmuşdu.
Bu gün İsrail ictimaiyyəti Netanyahunun ölkənin müdafiəsinin uğursuzluğuna görə məsuliyyət daşıdığını düşünür. İsrailin “Maariv” qəzetinin sorğusuna əsasən, respondentlərin 66%-i baş nazir postunu başqasının tutmasını istəyir. Respondentlərin 21%-i ölkənin hazırkı liderini dəstəklədiyini bildirib”, - məlumatda deyilir.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası