Bu sistem İranı niyə şok saldı?
Tarix: 17-10-2023, 08:16
Baxılıb: 1 060
Google+ Paylaş
Tumblr Paylaş

Bu sistem İranı niyə şok saldı?

17-10-2023, 08:16

Lazer müdafiə sistemi İsrail, ABŞ və Kanadanın birgə layihəsidir. Əslində, 2025-ci ildə istifadəyə verilməli idi. Lakin İsraildəki məlum hadisələr səbəbindən onun işə salınması tezləşdirildi.

Bu sözləri SEPAH-ın ehtiyatda olan polkovniki Əli Rzayi İsrailin istifadə etdiyi lazer hava hücumundan müdafiə sistemləri haqqında danışarkən deyib.

O, bu müdafiə sistemlərinin çox xərc tələb etmədiyini bildirib:

“Yeni lazer sistemi İsrailə həm yaxın, həm də uzaqmənzilli raketləri göydə vura bilmək imlanları verdi. HƏMAS-ın atdığı azxərcli yaxınmənzilli raketlərin Dəmir Qübbə ilə dəf olunması maddi cəhətdən itki sayılır. Lazer sisteminin isə bu baxımdan xərci böyük deyil”.

Onun sözlərinə görə, bu sistemin tətbiqi İran üçün də gözlənilməz olub:

“Lazer sistemlərinin tətbiq olunması İranın planlarını alt-üst etdi. Çünki İran İsraili mənzili 2000 km olan “Şahid-3” raketləri ilə həmişə təhdid edirdi. İran özünün uzaqmənzilli raketlərinə arxayın olduğu üçün Təl-Əvivi bununla qorxudurdu. Artıq Tehranın təhdidlərinə son qoyulmuş oldu. Çünki lazer sistemləri istənilən mənzilli raketləri neytrallaşdırmaq imkanına sahibdir. İran hətta İsrailə raket atmaq istəsə, bu, onun üçün böyük maddi itkiyə səbəb ola bilər”.

Əli Rzayi bu sistemləri əldə edə bilmək üçün SEPAH-ın da böyük layihə üzərində işlədiyini bildirib:

“İranın hazırda belə silahı yoxdur. Bir vaxtlar belə bir sistemi əldə etmək üçün çox çalışdılar. Mən SEPAH-da olduğum dönəmlərdə lazer sistemləri ilə bağlı layihə üzərində iş gedirdi. Hətta yaxın məsafədə sınaq etməyə cəhd etdilər. Lakin sonra hansısa uğurlu nəticələr əldə olunması ilə bağlı xəbər çıxmadı”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ