Rusiya və Ukraynadan gələn gəmilər toqquşdu
Tarix: 13-10-2023, 15:00
Baxılıb: 1 495
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya və Ukraynadan gələn gəmilər toqquşdu

13-10-2023, 15:00

Mərmərə dənizində taxıl daşıyan iki yük gəmisi toqquşub.

Bu barədə Türkiyə Sahil Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ukraynanın İzmail limanından Valensiyaya üzən, göyərtəsində buğda olan 122 metrlik “Haje Halimeh” gəmisi Mərmərə dənizində Rusiyanın “Qafqaz” limanından İsrailin Aşdod şəhərinə taxıl daşıyan 169 metr uzunluğundakı “Asomatos” gəmisi ilə toqquşub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, ekoloji ziyan qeydə alınmayıb.

“Haje Halimeh” gəmisinin göyətrəsinin bir hissəsinin dağıldığı bildirilir.

Gəmilərdən biri Komor adaları, digəri isə Panama bayrağı altında üzür.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ