İranın İsraillə bağlı cavabı necə olacaq?
Tarix: 13-10-2023, 08:19
Baxılıb: 1 887
Google+ Paylaş
Tumblr Paylaş

İranın İsraillə bağlı cavabı necə olacaq?

13-10-2023, 08:19

İsrailin Qəzzanı tamamilə mühasirəyə alması və onun su, elektrik və yanacağını kəsməsi, qida və dərmanların çatdırılmasına mane olduğu bir şəraitdə ABŞ və bəzi tərəflər İsrailə silah göndərir və bu silahlar Qəzzada Fələstin vətəndaşlarının və mülki şəxslərin vəhşicəsinə öldürülməsində istifadə edilir. Belə bir vəziyyətdə istənilən ehtimal baş verə bilər və regionda yeni hadisələrin şahidi ola bilərik.

Bu sözləri İran XİN başçısı Hüseyn Əmir Abdullahian İraqın baş naziri ilə ötən gün keçirdiyi görüşündə deyib.

O bildirib ki, bəzi ölkələrin rəsmiləri bizimlə əlaqə saxlayıb, regionda yeni cəbhənin açılmasının mümkünlüyünü soruşurlar:

“Biz onlara dedik ki, gələcək imkanlarla bağlı aydın cavabımız odur ki, hər şey sionist rejimin ölkədəki fəaliyyətindən asılıdır”.

O iddia edib ki, müqavimət qruplarının “Əqsa fırtınası” əməliyyatı tamamilə fələstinlilərə aiddir və kortəbii bir hərəkətdir və qərblilər özləri də Netanyahunun ifrat davranışının bu şərtləri yaratdığını vurğulayırlar:

“İsrailin cinayətləri indi də davam edir və regionda heç kim daha bizdən yeni cəbhələr açmaq üçün icazə istəmir”.

Qeyd edək ki, Abdullahian İraqdan sonra səfərə getdiyi Beyrutda bu fikirlərini inkişaf etdirərək, İsrailə qarşı yeni cəbhələrin açıla biləcəyini bildirib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ