HƏMAS-ın arxasındakı İran - VİDEO
Tarix: 10-10-2023, 21:38
Baxılıb: 2 620
Google+ Paylaş
Tumblr Paylaş

HƏMAS-ın arxasındakı İran - VİDEO

10-10-2023, 21:38

HƏMAS qruplaşmasının İsrailə son qanlı hücumu zamanı beynəlxalq siyasətlə az-çox maraqlanan hər kəsin ağlına bir ölkənin adı gəldi - İran.
Doğrudur, ABŞ rəsmiləri, o cümlədən Dövlət katibi Entoni Blinken HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi əməliyyatda İranın iştirakını təsdiq edən hər hansı sübutun olmadığını bəyan etdi, lakin İranın HƏMAS təşkilatı ilə əlaqələri və ona göstərdiyi hərtərəfli dəstək o qədər aydın və aşkardır ki, burada hansısa xüsusi sübut axtarmağa ehtiyac da yoxdur.
Bununla bağlı ortada çoxsaylı faktlar, o cümlədən HƏMAS rəhbərlərinin İrandan aldıqları yardımlar barədə müxtəlif açıqlamaları və etirafları vardır.
Onlardan biri xüsusi diqqət çəkir və vaxtilə geniş rezonans doğurub.
HƏMAS-ın liderlərindən biri və təşkilatın beynəlxalq əlaqələr üzrə sabiq təmsilçisi Mahmud əz-Zəhar 2020-ci ilin sonlarında “Əl-Aləm” televiziya kanalına verdiyi müsahibədə 2006-cı ildə Tehrana səfərlərindən və “Sepah”ın “Qüds” qüvvələrinin o zamankı komandanı general Qasım Süleymani ilə görüşlərindən danışarkən deyib:
“Qasım Süleymani ilə görüşdə əsas çətinliyimizin işçilərin əmək haqqının ödənilməsi olduğunu bildirdik, Qəzzə əhalisinə ictimai xidmətlər və digər yardımlar sahəsində problemlərdən söz açdıq. Qasım Süleymani bizim istəyimizə dərhal reaksiya verdi: belə ki, ertəsi gün səfərimiz başa çatdığı üçün Tehran aeroportuna gələndə çamadanlarda 22 milyon dolların olduğunu gördüm”.
Əz-Zəhar daha sonra əlavə edib: “O bizə daha böyük məbləğ vermək istəyirdi, amma HƏMAS nümayəndə heyəti cəmi 9 nəfərdən ibarət olduğu üçün bundan artığını daşıya bilməzdik, çünki hər çamadanın tutumu 40 kiloqram idi”.
Ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ