Netanyahudan Yaxın Şərqlə bağlə ƏMR
Tarix: 9-10-2023, 21:44
Baxılıb: 2 603
Google+ Paylaş
Tumblr Paylaş

Netanyahudan Yaxın Şərqlə bağlə ƏMR

9-10-2023, 21:44

İsrail Fələstinin HƏMAS radikal qruplaşması ilə silahlı qarşıdurma zamanı bütün Yaxın Şərqdə vəziyyəti dəyişmək niyyətindədir.
AvroMedia.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubunda regional şuraların rəhbərləri ilə söhbəti zamanı deyib.
“HƏMAS çətin və dəhşət içindən keçəcək - biz kampaniyanın yalnız başlanğıcındayıq. Bu, vaxt aparacaq və yaxın günlərdə bizim xüsusi möhkəmliyə ehtiyacımız var. Hökumət hamınıza kömək etmək üçün hər şey edəcək. Mən sizdən möhkəm olmağınızı xahiş edirəm, çünki biz Yaxın Şərqi dəyişmək niyyətindəyik”, – Netanyahu bildirib.
Netanyahu ilə görüşdə son bir neçə gündə fələstinli radikalların hücumuna məruz qalan şəhər administrasiyalarının və regional şuraların rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın “İslami-Cihad”la birgə İsrailə kütləvi hücumu ilə müharibə başlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ