Çinin HƏMAS hücumuna reaksiyası – ABŞ məyus oldu
Tarix: 9-10-2023, 16:00
Baxılıb: 1 523
Google+ Paylaş
Tumblr Paylaş

Çinin HƏMAS hücumuna reaksiyası – ABŞ məyus oldu

9-10-2023, 16:00

ABŞ Senatının çoxluq lideri Çak Şumer Çinin HƏMAS-ın son hücumu ilə bağlı bəyanatından çox məyusdur.

Bunu Şumer Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə deyib.

“Sizi və Çin xalqını İsrail xalqının yanında olmağa və bu qorxaq və vəhşi hücumları pisləməyə çağırıram. Açığı, Çin Xarici İşlər Nazirliyinin bu çətin anlarda İsrailə heç bir rəğbət və dəstək ifadə etməyən bəyanatı məni çox məyus etdi”, - o bildirib.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi hər iki tərəfi təmkinli olmağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Vurğulanıb ki, müstəqil Fələstin dövlətinin yaradılması problemin həlli üçün fundamental yoldur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ