“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 200-dən çox insan həyatını itirib.
Bu barədə İsrail mətbuatı xəbər verir.
Son məlumata görə, İsrail tərəfinin yaralılarının sayı 1 100 nəfər təşkil edir. Yaralılardan 18 nəfərin vəziyyəti çox ağır, 267-si isə orta ağır olaraq qiymətləndirilir.
Mənbə: “The times of Israel”
22:23
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib.
Bu barədə “Telegram” kanalları məlumat yayıb.
Mənbə: Lenta dnya
21:48
“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.
Hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.
Ölənlərin sayının daha da artacağı gözlənilir.
Mənbə: “The Times of Israel”
16:56
Bu gün səhər saatlarında Qəzza zolağından İsrailə endirilən çoxsaylı raket zərbələrindən sonra ölənlərin sayı 40-ı keçib.
Qeyd edək ki, yaralananların sayı 770-i keçib.
15:11
HƏMAS-ın İsrailə endirdiyi aviazərbələrdən sonra yaralıların sayı durmadan artır.
Belə ki, ən son məlumatlara görə yaralıların sayı 500-dən çoxdur.
Qeyd edək ki, bu səhər saatlarından Qəzza zolağından İsrail raketlərdən atəşə tutulub.
14:23
İsrailin cənub və mərkəzinə raket hücumlarında ölənlərin satının 22-ə çatdığı bildirilir. Həmçinin ən azı 70-i ağır olmaqla, 300-dən çox yaralı var.
Qeyd edək ki, HƏMAS kütləvi hücumda əsgərləri, mülki vətəndaşları əsir götürdüyünü iddia edir.
12:51
İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb, 300 nəfər yaralanıb.
Döyüşlərin getdiyi ərazilərdə sakinlər terrorçular tərəfindən atəşdə tutulur, yaralıların sayı durmadan artır.
Mənbə: timesofisrael
12:20
İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində azı 80 nəfər yaralanıb.
Məlumata görə, Qəzza zolağından atılan kütləvi raket hücumundan sonra 80-ə yaxın yaralı İsrailin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.
Qeyd olunur ki, Qəzzadan olan radikallar bir neçə saat ərzində İsrailə beş mindən çox raket atıblar. RIA novosti

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...