Türkiyə ordusu PKK-ya ZƏRBƏLƏR ENDİRİB
Tarix: 4-10-2023, 23:12
Baxılıb: 2 602
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə ordusu PKK-ya ZƏRBƏLƏR ENDİRİB

4-10-2023, 23:12

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK və ona bağlı terror təşkilatların hədəflərinə yeni zərbələr endirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi Hava Qüvvələri İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçuların hədəflərinə zərbələr endirib.
Sığınacaqlar, mağaralar və anbarlar da daxil olmaqla 22 hədəf məhv edilib. Bu obyektlərin terror təşkilatı tərəfindən istifadə edildiyi və orada komandanlıq səviyyəli funksionerlərin olduğu təxmin edilir.
Məlumatda qeyd olunub ki, əməliyyat zamanı günahsız mülki şəxslərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün hər cür tədbir görülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ