İtalyada dəhşətli qəzaya görə matəm elan olundu
Tarix: 4-10-2023, 08:15
Baxılıb: 1 062
Google+ Paylaş
Tumblr Paylaş

İtalyada dəhşətli qəzaya görə matəm elan olundu

4-10-2023, 08:15

İtaliyanın Venesiya şəhərinin Mestre qəsəbəsində turistləri daşıyan avtobusun yerüstü keçiddən aşması nəticəsində azı 21 nəfər ölüb.

“La Linea” şirkətinə məxsus avtobus dəmir yolu xətti üzərindəki yerüstü keçiddə hərəkətdə olarkən təxminən 10 metr hündürlükdən aşağı düşüb və yanğın baş verib. Hadisə nəticəsində ikisi uşaq olmaqla, azı 21 nəfər ölüb, 12 nəfər yaralanıb, bir neçə nəfər itkin düşüb. Yaralılar təcili xəstəxanaya çatdırılıb. Təhlükəsizlik qüvvələri qəzanın başvermə səbəblərini araşdırır.

İtaliyanın Baş naziri Ciorcia Meloni hadisəyə görə narahatlığını ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

İtaliya Prezidenti Sercio Mattarella isə Venesiya meri Luici Bruqnaro ilə telefon danışığı zamanı hadisənin təfərrüatı barədə məlumat alıb.

Ağır yol qəzasına görə Venesiyada matəm elan edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ